Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Avstraliya çimərliyində “canlı butulkalar” tapılıb

Fevralın əvvəllərində Avstraliyanın Sidney şəhərinin sakinləri çimərliklərdə mavi təngli tullantı kütləsi ilə qarşılaşıblar və bunu plastik butulkalara bənzədiblər.

AZƏRTAC Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, sonradan bu kütlənin dəniz canlıları olduğu və onların mavi meduzalara bənzədiyi məlum olub.

Cənubi Uels Universitetinin dəniz ekologiyası üzrə professoru Emma Conston bildirib ki, çimərlikdə aşkar edilən bu ecazkar canlılar fizaliya və ya Portuqaliya gəmisi adlanır. Onları çimərlikdə aşkar edən professor bu canlıların fotolarını da “Twitter” sosial şəbəkə səhifəsində paylaşıb.

E.Conston fotolara əlavə etdiyi şərhdə yazıb ki, fizaliya zəhərli olsa da, onun zəhəri insanlar üçün təhlükəli deyil. Amma ciddi yanığa və ağrıya səbəb ola bildiyinə görə bu canlı “butulkadan” uzaq durmaq məsləhətdir.

Eyni zamanda, professor bildirib ki, fizaliyaların Sidneyin şərqində görünməsi çox nadir hadisədir. Bu canlılar adətən Avstraliyanın şimal sahillərində məskən salırlar. Professorun qənaətinə görə, onları buraya yəqin ki, güclü külək gətirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır