• Bakı, 2021-02-28,
Seanews
Heyder Eliyev

89 yaşlı gəmi üzən peyvənd məntəqəsinə çevrilib

89 yaşlı “Thurgau” sərnişin gəmisi Boden gölü ərazisində, İsveçrənin şimalında yerləşən Romanshorn, Arbon və Kroyslingen şəhərləri arasında üzən peyvənd məntəqəsi kimi istifadə olunacaq.

“Seanews.az” xəbər verir ki, bu məqsədlə gəmidə iki peyvənd otağı yaradılıb. Burada gün ərzində 168 nəfərədək insanın qəbulu nəzərdə tutulur. Vaksinlərin tədarükü artdıqca otaqların sayının 8-ə çatdırılması planlaşdırılır.

Məlumata görə, gəmi peyvənd məntəqəsi kimi hələlik 12 həftə işləyəcək.  

Qeyd edək ki, "Thurgau" Almaniya və İsveçrə arasında sərnişin daşımaları həyata keçirirdi. Üzən peyvənd məntəqəsi kimi missiyasını uğurla başa vurarsa, gəmi yenidən sərnişin daşımalara cəlb olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır