Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

1500 ildən çox gəmilərə yol göstərən mayak - FOTOLAR

İsgəndəriyyə mayakının tarixi  böyük Roma sərkərdəsi Makedoniyalı İsgəndərin şərəfinə adlandırılmış şəhərin əsasının qoyulması ilə bağlıdır.

Eramızdan əvvəl 332-ci ildə  Makedoniyalı İsgəndərin ölümündən sonra şəhər Misirin yeni hökmdarı I Ptolomey Soterin hakimiyyəti altına keçmişdir. Eramızdan əvvəl 290-cı ildə Ptolomey günün qaranlıq vaxtında və pis havalarda şəhər limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün Faros adasında nəhəng mayak  tikməyi əmr etmişdir.

Mayakın tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik etmişdir. Təxminən 150 metr hündürlüyü olan mayak  üçyaruslu qüllədən ibarət idi.

Faros mayakı 1500 ildən  artıq müddətdə gəmilərə yol göstərmişdir.  1326-cı ildə baş vermiş güclü  zəlzələ dünyanın ən böyük memarlıq əsərlərindən birini yerlə-yeksan etmişdir. İsgəndəriyyə mayakının qalıqları 1944-cü ildə arxeoloqlar tərəfindən aşkarlanmışdır. Sonralar tikilinin surəti kompüter modelləşdirməsi vasitəsilə qismən bərpa edilmişdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır