Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

"Titanik" gəmisinin qəzaya uğramasının yeni səbəbləri açıqlanıb

Əfsanəvi "Titanik" gəmisinin qəzaya düşməsi və mindən çox insanın ölümü ilə bağlı istintaqa rəhbərlik edən London Ali Məhkəməsinin hakimi lord Mersi şəxsi gündəliyində sərnişin laynerinin yüksək sürətlə hərəkət etdiyini və heyətin xilasetmə qayıqlarını işə salma bacarıqlarının olmadığını qeyd edib.

“Seanews.az” xəbər verir ki, 1912-ci il mayın 2-dən iyulun 3-dək aparılan istintaq rəhbərinin rəyi ilk dəfə ictimaiyyətə təqdim edilib. Bu barədə hakimin qohumları açıqlama verib.

Hakim son rəyində suyun səthinin buz bağlamasına baxmayaraq gəminin yüksək sürətlə hərəkət etdiyini göstərib. Bundan əlavə, hakim batan gəminin yaxınlığında olan “Californian” adlı yük gəmisinin kapitanı Stenli Lordu da tənqid edib. Hakimin fikrincə, yük gəmisi hadisə yerinə köməyə gələ bilərdi.

Hakim öz gündəliyində daha 2 sualı qeyd edib. Gəmi heyətinin aysberq təhlükəsi barədə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq niyə gəminin mühərriki tam sürətlə hərəkət edirdi? Niyə səyahətə çıxmadan öncə qayıqla xilasetmə təlimləri keçirilməyib? Bu sualları hakim açıq saxlayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır