Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Duero çayının sahilində yerləşən qədim və müasir Portu

Özünəməxsus, qədim, maraqlı, rəngarəng, Portuqaliyanın “atası” olan, ona adını verən bu əsrarəngiz şəhərlə tanış olmağa nə deyirsiz? Qədim və müasir Portu, şəhərin içindən uzanıb keçən Duero çayının sahilində yerləşir. Şəhərin sahillərini həm də Atlantik okeanı yuyur və bu iki səbəb də onu Avropanın ən vacib limanlarından biri edir. Portu şəhəri YUNESKO-nun qorunan irsi siyahısındadır.

Portuqaliyanın Lissabondan sonrakı ən böyük şəhəri olan Portu öz tarixi abidələri, Duero çayı üzərindən salınmış körpüləri, dadlı mətbəxi, şərabçılıq ənənələri, mehriban insanları ilə məşhurdur. 1906-ci ildə açılmış “Lello & Irmão Bookshop” kitab evi dünyadakı ən zəngin kitabxanalrdan sayılır.

Portunun qədim tarixi abidələrini də görməyə dəyər! Gimaraynş qəsri, Katedral, I Luiş körpüsü, Tramvay muzeyi, Billur saray, San-Fransişku kilsəsi, Ribeyra rayonu, San Bentu dəmiryolu vağzalı...

Bilirsiniz I Luiş körpüsünü kim inşa edib? Körpünü məşhur Qustav Eyfel və Azadlıq heykəlinin müəllifi, Eyfelin dostu və şagirdi olan Teofil Seyriq 1881-1886-cı illərdə inşa ediblər. 

Buranın insanları çox mehriban, gülərüz və əltutandırlar. Tez-tez şəhərin müxtəlif küçələrində kasıblar üçün açılmış süfrələri görmək olar. Burada yemək pulsuzdur və hər kəs qarnını doyura bilər. Şəhərin havası Atlantik okeanının sahilində yerləşdiyi üçün dəyişkən və sərindir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır