Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Almaniyada gəmi körpüsü

Maqdeburqdakı su körpüsü (Kanalbrücke Magdeburg) Avropanın ən uzun gəmi körpüsüdür. Yük gəmilərinin hərəkəti üçün nəzərdə tutulmuş bu unikal mühəndis layihəsinə su qovşağı da deyilir. Planlaşdırılması 80 ilə yaxın vaxt aparan bu körpünün təntənəli açılışı 2003-cü ildə baş tutub.

Seanews,az  xəbər verir ki, Avropada akveduklar (su körpüləri) əsrlər boyu şəhərləri su ilə təmin edirdilər. 17-ci əsrdə kanal sisteminin meydana gəlməsi ilə akveduklar gəmi keçidi üçün istifadə olunmağa başladı. İndi çayların, dəmir yollarının və hətta magistral yolların üstündə də akveduklar tikilir. Müxtəlif tipli gəmilər bu keçidlərdən keçməklə yolu xeyli qısaldır.

Maqdeburg  körpüsünün tikintisindən əvvəl, Fransadakı Luar çayının üzərindəki kanal dünyanın ən uzun su kanalı hesab olunurdu.  1896-cı ildə inşa edilmiş Pont Canal de Briare körpüsünün uzunluğu 662 metr idi.

Dünyanın 2 ən böyük su yolunu (Elbe-Havel-Kanal) və Mittellandkanal ) birləşdirən körpünün layihəsi 1919-cu ildə hazırlansa da, inşasına yalnız 19 il sonra start vermək mümkün olub.

Əvvəlcə İkinci Dünya Müharibəsi, sonra isə Almaniyanın 2 yerə parçalanması körpünün inşasını qeyri-müəyyən müddətə təxirə salır. Berlin səddinin uçurulmasından sonra sözügedən körpünün inşası yenidən gündəmə gəlir və 1997-ci ildə bu plan baş tutur.

İnşası 500 milyon avroya başa gələn bu körpü Elba çayının üzərində qurulub.  Hazırda bu körpünün üzərindən gəmilər müntəzəm olaraq üzürlər.

Ümumi uzunluğu 918 metr olan bu körpünün 690 metri quru üzərində, qalan 228 metr hissəsi isə suyun üzərində qurulub.  Körpünün inşasında 24 min ton polad və 68 min kub beton istifadə edilib. Kanalın eni 34, dərinliyi isə 4.25 metrdir ki bu da gəmilərin rahat keçməsi üçün əlverişli zəmin yaradır.

Tərcümə: İlqar Quliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır