Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Xəzər canavarı” muzeyə gətirilib - VİDEO

“Xəzər canavarı” adı ilə tanınan SSRİ-yə məxsus olmuş “Lun” raket ekranoplanı Dərbəndə gətirilib. Ekranoplan həmin şəhərdə hazırda inşa olunan hərbi-texniki muzeyin eksponatı olacaq. Üzən vasitənin yedək vasitəsilə daşınması 14 saat vaxt aparıb.

"Seanews.az" xəbər verir ki, ekranoplan 80-ci illərdə nəzərdə tutulan seriyanın birincisi olaraq inşa edilmişdi. 903 saylı bu layihə Sovet İttifaqında bir neçə onilliklər boyu davam edən tədqiqatların nəticəsi idi. Yalnız SSRİ-də istehsal edilən ağır döyüş ekranoplanlarının yaradılması böyük texniki çətinliklərlə üzləşmişdi. “Lun” ekranoplanından əvvəl istehsal edilmiş “KM” sınaq üzüşlərindən uğursuz çıxmışdı. “KM”-in parametrlərini və texniki göstəricilərini daha da təkmilləşdirərək “Lun” ekranoplanı hazırlanır.

SSRİ-nin dağılması ilə ekranoplanların istehsalı da dayanır. Sifariş edilmiş 8 ekranoplandan yalnız birinin inşası tamamlanır. Üzən vasitə 90-cı illərin əvvəlindən “Daqdizel” zavodunun ərazisində saxlanılırdı. Cari ilin yanvarında onun muzeyə verilməsi qərarı qəbul edilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır