Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bir neçə onillik sonra ağ ayılar tamamilə yoxa çıxacaq

İqlim dəyişikliyinə qarşı daha çox səy göstərilməyəcəyi təqdirdə əsrin sonuna qədər qütb ayıları qalmaya bilər.

Bu barədə “Nature Climate Change” nəşrində dərc olunan araşdırmada bildirilib.

Alimlər hesab edirlər ki, Arktika buzları əriməkdə davam edərsə, qütb ayıları məhv olacaqlar: onlar artıq mövcudluqlarının son həddindədirlər.

Yay aylarında sahil buzları əriyəndə, qütb ayıları quruya köçürlər: orada, demək olar ki, qida olmur, heyvanlar bədənlərində topladıqları piyin hesabına yaşayırlar.

Dəniz buzları yarıldıqda, ayılar özləri və balaları üçün qida tapmaq üçün buzun üstü ilə uzun məsafələr qət etməli olurlar. Belə şəraitdə bu, çətin məsələyə çevrilir.

Toronto Universitetindən Peter Molnarın rəhbərliyi ilə kanadalı və amerikalı alimlər 1979-cu ildən 2016-cı ilədək Arktika dənizlərinin buz örtüyündə dəyişikliklərin modelini qurublar və yay müddətində qütb ayılarının nə qədər ac qala biləcəyini hesablayıblar.

Onların hesablamalarına görə, istixana qazı tullantıları və buzlaqların ərimə sürəti eyni səviyyədə qalarsa, 2100-cü ilə qədər, demək olar ki, bütün qütb ayı populyasiyalarının yox olacağı ehtimalı var.

Bu, dəniz buzlarının ərazisinin sürətlə azalması və ayıların daha çox ac qalması ilə əlaqədardır: piy ehtiyatı onlara bəs etməyə bilər.

Qeyd edək ki, təkcə son on il ərzində Arktika buzlaqlarının sahəsi 13% azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır