Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Köhnə gəmilərdən hazırlanmış superyaxtalar

Dünyanın ən zəngin adamlarına məxsus olan superyaxtalar köhnə hərbi və sərnişin gəmilərindən hazırlanıb. Bəs, niyə milyarderlər yaxtanı sıfırdan inşa etdirmək əvəzinə köhnə gəmilərdən istifadə edirlər?

"Seanews.az" xəbər verir ki, yaxta alış-satışı ilə məşğul olan broker şirkəti “Burges” İsrail milyarderi Eyal Oferə məxsus uzunluğu 70 metr olan “Olivia” yaxtasını satışa çıxarıb. SSRİ-nin casus gəmisindən hazırlanmış “Olivia” yaxtası 24 milyon dollara satılır.

“Olivia” 1972-ci ildə Finlandiya gəmiqayırma zavodunda inşa edilib. SSRİ-nin sifarişi ilə inşa edilmiş gəminin ilk adı “Valerian Albanov” idi. SSRİ-nin Hərbi Dəniz Qüvvələrinə məxsus olan gəmi düşmənə aid olan sualtı qayıqları izləyirdi. Sözügedən gəmi 1999-cu ildə Norveçə satılır və arktik ərazilərdə kruiz gəmisi kimi istismar edilir. Gəmi 2010-cu ildə Eyal Ofer tərəfindən alınaraq “Olivia” yaxtasına çevrilir.

“İmperial Yachts” şirkətinin brokeri Aleksandr Kayevin sözlərinə görə, “Olivia”  SSRİ-yə məxsus olduğu dövrdə 39 il hidroqrafik gəmi kimi istismar edilib. Gəminin istənilən hava şəraitində üzmə bacarığı və avtonom idarə olunması daim diqqət çəkib. 40 ildən çox yaşı olmasına baxmayaraq gəminin klassik dizaynı müasir standartlara cavab verir. Buzqırma funksiyası olan gəmi 15 min dəniz mili məsafəsində üzməyi bacarır. Bu və digər xüsusiyyətləri olan gəmini sıfırdan inşa etdirmək olduqca baha başa gəlir.

Yaxta brokeri İrina İvanovanın sözlərinə görə, köhnə gəmilərdən yeni yaxtaların hazırlanması nadir hallarda baş verir. Bu ideya əsasən büdcənin kifayət qədər olmadığı halda meydana gəlir. Yenilənmiş köhnə gəmilərin istismar müddəti o qədər də uzun olmur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır