Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Argentinalı dənizçi pandemiyanı ailəsilə keçirmək üçün Atlantik okeanı təkbaşına üzüb

Mart ayında dənizçi Huan Manuel Ballestero Portuqaliyadan Argentinaya Atlantik okeanı boyunca 85 günlük səyahətə çıxıb.

"Seanews.az" xəbər verir ki, Ballestero ailəsi ilə birlikdə koronavirus pandemiyasından qorunmaq və eyni zamanda atasının 90 illik yubileyini qeyd etmək üçün bu riskli addımı atıb. Ballestero düyü, konservləşdirilmiş tuna, meyvə və digər qida ehtiyatları ilə kiçik bir gəmi ilə uzun yola çıxır.

Ballestero Portuqaliya hökumətindən hər hansı bir problem yarandığı halda onu geriyə buraxmayacağı barədə xəbərdarlıq alsa da əhəmiyyət vermir.

Dənizçi nəslindən olan Ballestro üçün bu səyahətin öhdəsindən gəlmək elə də çətin deyildi. Üç yaşı tamam olan kimi atası onu özü ilə gəmidə səyahətlərə aparmağa başlayır. On səkkiz yaşından isə Ballestro balıqçı gəmisində işləməyə başlayır.



Buna baxmayaraq səyahət çətinliksiz ötüşmür. Aprelin 12-də Kabo-Verde hökuməti ona adaya yan almağa icazə vermir. Bu səbəbdən o, qida və yanacaq ehtiyatını artıra bilmir.

“Mən hər gecə radiodan koronavirus haqqında xəbərləri dinləyirdim. Tənhalıq məni çox sıxırdı. Hətta səyahət boyu məni müşaiyət edən delfinlər də məni tərk etmişdilər...”



Braziliya sahillərində nəhəng dalğalar Ballestreonun gəmisini zədələyir. Bu səbəbdən o Vitoriya şəhərində 10 günlük qalmaq məcburiyyətində olur. Burada Ballestero, qardaşının Atlantik okeandakı səyahəti barədə argentinalı jurnalistlərə nəql etdiyini öyrənir. Səyahətçi izləyicilərə öz macəraları haqqında daha geniş məlumat vermək üçün instaqram şəbəkəsində hesab açır və səyahət boyu çəkdiyi foto və videoları ora yerləşdirir.

İyunun 17-də doğma şəhəri Mar-del-Plataya çatan dənizçini yerli əhali əsl qəhrəman kimi qarşılayır.

“Dənizçiliyə ilk dəfə başladığım limana çatanda mənim bütün həyatım və xatirlərim gözümün önündən keçdi və mən missiyamın yerinə yetirildiyini anladım”.



Limanda koronavirus testindən keçən Ballestronun nəticələri mənfi çıxır və o, evə qayıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır