Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Hamburqlu rəssam konteyneri incəsənət əsərinə çevirib

Hamburqlu rəssam Jannin Platz 4 gün ərzində eni 12, uzunluğu  2.5 metr olan konteyneri sənət əsərinə çevirib.

"Seanews.az" xəbər verir ki, rəssam koronavirus pandemiyası dövründə qlobal həmrəyliyi dəstəkləmək məqsədilə konteynerin üzərində Hamburq limanının rəsmini çəkib.

Konteyner incəsənət layihəsi qismində il boyu bütün qitələrdə sərgilənəcək.

Rəsssamın sözlərinə görə, o, bu layihə ilə karantin səbəbindən məcburi evdə qalmış dünyadakı bütün insanlara dənizin sərhədsiz azadlıq rəmzi olduğunu çatdırmaq istəyib. Konteynerin üzərində həkk etdiyi “Sən barmağınla dənizə toxunanda bütün dünyaya toxunursan” sitatını məhz belə izah edib.

Sözügedən “art-konteyner” mayın 25-də digər yük konteynerləri ilə birgə konteyner daşıyan gəmiyə yüklənəcək və dünyanın bütün qitələrini “səyahət” edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır