• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

Dünyanın ən iri heyvanının sayı kəskin artıb

Dünyanın ən böyük heyvanı olan mavi balinanın sayında kəskin artım müşahidə olunub.

Trend-in məlumatına görə, Atlantik okeanının cənub sularında aparılan müşahidələr nəticəsində bir il ərzində 55 mavi balina qeydə alınıb.

Bir neçə il əvvəl təbiətdə yalnız bir-iki mavi balinanın qaldığı ehtimal edilirdi. Son 50 il ərzində aparılan müşahidələr zamanı yalnız iki balina görünmüşdü.

Qeyd edək ki, mavi balinalar Yer kürəsində mövcud olmuş ən iri heyvan hesab olunur. Onun uzunluğu 33 metrədək, çəkisi 150 tonadək çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır