Dünyanın hidrogenlə işləyəcək ilk super-yaxtasının dizaynı hazırlanıb
Hidrogen yanacağı ilə işləyən ilk super yaxta təqdim olunub.
Monako Yat Şousunda ilk dəfə miniatür model kimi üzə çıxarılan layihənin dizaynı Hollandiyanın "Sinot Yacht and Architecture Design" şirkətinə məxsusdur.
Layihə xüsusi elementləri ilə diqqət çəkir. Yaxta maye hidrogen saxlamaq üçün 28 tonluq iki vaakum tankına malikdir.
Maksimum sürəti 17 uzel olacaq gəmi 14 qonaq qəbul edə biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır