Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Şimali Avropanın 5 ən yaxşı limanı

Şimali Avropa dünyanın ən işlək və texnoloji baxımından inkişaf etmiş limanlarının bəzilərinə ev sahibliyi edir.

Həmin limanlardan ilk 5-ni təqdim edirik:

Rotterdam Limanı - Hollandiya

Rotterdam limanı 14,500.000 TEU yük qəbuletmə gücü ilə Avropanın ən böyük limanıdır.

Limanın əsas hədəfi süni intellekt və bulud texnologiyasından istifadə etməklə dünyanın ən ağıllı limanına çevrilməkdir. Bu məqsədə jnil olmaq üçün liman rəhbərliyi 2018-ci ilin yanvarında IBM ilə müqavilə imzalayıb.

Antverpen Limanı - Belçika

Antverpen Limanı Rotterdamdan sonra Avropanın ikinci, dünyanın isə 13-cü böyük limanıdır.

Avropanın üç əsas dəmir yolu dəhlizinin kəsişməsində yerləşir. Bundan əlavə, Avropa istehsal mərkəzlərinin 60% -i Antverpen limanından 800 km radiusdadır.

Hamburq Limanı - Almaniya

Almaniyanın ən böyük limanıdır. Avropanın üçüncü ən böyük konteyner limanı və dünyanın 20 ən böyük limanlarından biridir.

Avropanın daxili bazarlarına tədarük üçün vacib olan liman ildə təxminən 8.7 milyon TEU yük qəbul edir.

Liman rəhbərliyinin əsas məqsədi buranı "smartPORT"-a çevirməkdir.

Bremen-Bremerhaven Limanı - Almaniya

Bremen-Bremerhaven Limanı Avropanın dördüncü ən işlək konteyner limanı və dünyanın 30 ən işlək limanlarından biridir.

Limanda dörd terminal və 14 tərsanə var. Körpünün uzunluğu 3,9 km-dir.

Felixstove - İngiltərə

 

Felixstove Limanı İngiltərənin ən böyük və ən işlək konteyner limanıdır.  4 milyondan çox TEU yükü qəbul edə bilir və hər il 3000-ə yaxın gəmi qarşılayır.

Avropanın əsas gəmiçilik marşrutlarına yaxın olan liman mega gəmilərə də xidmət göstərə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır