Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Gəmi-hotelə maraq böyükdür

Türkiyənin Bursa şəhərində yerləşən gəmi-hotelə maraq artır.

Bu barədə gəmi-hotelin satış meneceri Nurcan Yılmaz məlumat verib. O bildirib ki, hotelə dünyanın dörd bir yanından qonaq gəlir. 

1961-ci ildə İngiltərədən alınan və 2000-ci ilə qədər İstanbul adalar arasında istismar edilən gəmi 2006-cı ildə təmirə dayanıb. İki illik təmirdən sonra gəmi hotel kimi fəaliyyətə başlayıb.

Uzunluğu 46, eni 11 metr  olan bu unikal gəmi-hotel hazırda 20 otaqla dünyanın müxtəlif yerlərindən gələn turistlərə xidmət göstərir.

Qeyd edək ki, dünyada cəmi üç gəmi-hotel mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır