Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Şeytan üçbucağı

Bermud üçbucağı Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir.

Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya "Atlantik qəbiristanlığı”, "ölüm və ya şeytan üçbucağı” da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır.

1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı.

Bermud üçbucağı zonasında olanların çoxu müşahidə edib ki, burada kompas fərqli yönlənir, yanlış göstərir, yaxud tamamilə sıradan çıxır. Bəzi alimlər Bermud üçbucağı zonasındakı itkiləri dünya okeanının əsas cərəyanlarından biri olan Holfstrimlə bağlayırlar. Suyun altında 9 kilometr dərinliyində olduğundan bu ərazidə batmış hər hansı obyekti tapmaq qeyri-mümkündür.

1840-cı ildə Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali” gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə gəmi heyəti yoxa çıxmışdı. Bununla da "Bermud üçbucağı”nın qeyri-adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan "Mariya Çelesta” gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.

1945-ci ildə ABŞ-a məxsus hərbi təyyarə eskadrilyası ilə bağlı baş vermiş mistik hadisə ən məşhur əhvalatlardan biridir. İçərisində 14 heyət üzvü olan beş bombardmançı təyyarə məşq uçuşu zamanı radarın ekranından yoxa çıxıb. On üç heyət üzvü ilə onların axtarışına yollanan təyyarə də ilim-ilim itib.

Ən məşhur hadisələrdən biri də "Meri Selist” gəmisinin "Bermud üçbucağı”nda yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) "Deja Qrasiya” adlanan ingilis gəmisi təsadüfən "Meri Selist” gəmisinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı.

Ötən ilə qədər "Bermud üçbucağı”nda 200-ə yaxın qəza baş verib, 8127 nəfər itkin düşüb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib.

Sonuncu araşdırmalarda qəzalara səbəb kimi həmin bölgədə hündürlüyü 30 metrə qədər çatan ani dalğaların yaranması göstərilib. Deyilənə görə, dalğalar burulğan forması alaraq həmin an oradan keçən gəmi və təyyarələri özünə çəkməyə başlayır.

Fərizə ƏHMƏDOVA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır