• Bakı, 2019-11-13,
Seanews
Heyder Eliyev

25 il əvvəl qəzaya uğramış bərə ilə bağlı yenidən məhkəmə işi açılacaq

1994-cü il sentyabrın 28-də İsveç sahillərində qəzaya uğrayan eston bərəsinin yaratdığı faciənin səbəblərinin araşdırılması ilə bağlı yenidən məhkəmə açılacaq.

Tallin administrativ məhkəməsi 25 ildən sonra oktyabrın 24-də Estoniya hökumətini yenidən bu faciəni araşdırmağa məcbur edib.

Məhkəmə bu qərarı zərərçəkənlərin yaxınlarının şikayətinə əsasən qəbul edib. Müəyyən olunub ki, indiyədək həlak olanların yaxınlarının haqlı tələbləri diqqətsiz qalıb və yeni istintaq başlamağa qərar verilib. Bərədə ölən və fəlakətdən sağ çıxanların yaxınları 2016-cı ilin oktyabrında Estoniyanın Baş Nazirinə yeni araşdırma başlatması üçün sorğu göndəriblər. Yalnız 2018-ci ilin noyabrında ölkənin Ədliyyə Nazirliyi bu məsələnin həllinin hökumətin səlahiyyətinə aid olduğunu açıqlayaraq istintaqın yenidən başlaması ilə əlaqədar hökumətə müraciəti məqsədəuyğun saymışdı.

AZƏRTAC 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır