Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

120 illik dəniz fənərinin yeri dəyişdirilir

Danimarkanın şimal qərb sahilindəki Rubjerg Knude dəniz fənəri dənizdən 80 metr uzağa daşınır.

Dəniz səviyyəsindən 60 metr yüksəklikdə yerləşən fənərin 10 saat ərzində yeni ünvanına çatması gözlənilir. 1900-cu ildə dənizə 200 metr uzaqlıqda inşa edilən Rubjerg Knude fənəri ilə dəniz arasındakı məsafə 6 metrə düşüb.

Fənərin ağırlığı təxminən 1 ton və yüksəkliyi 23 metrdirş

Ətraf mühit naziri Lea Vermel bildirib ki, Rubjerg Knude milli zənginlikdir və saxlanılması üçün 747 min dollar xərclənib. Fənəri hər il 250 min insan ziyarət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır