• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

“Dəniz və dənizçilik” mövzusunda keçirilən foto müsabiqənin qalibləri mükafatlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub.  

Qaliblər 10 gün ərzində “Facebook” da aparılan səsvermənin nəticəsində müəyyənləşib. Müsabiqədə 1-ci yerə 1100 səslə Zaur Mustafayev, 2-ci yerə 964 səslə Pərviz Babazadə, 3-cü yerə isə 398 səslə Orxan Kərimov layiq görülüblər. Onlar mükafatlandırılıblar.

Qeyd edək ki, foto müsabiqə 22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranması münasibətilə keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır