• Bakı, 2019-11-17,
Seanews
Heyder Eliyev

Dənizçi ailəsində doğulan tanınmışlar - FOTO

"Seanews.az" olaraq dənizçi ailəsində dünyaya göz açan tanınmış şəxsləri təqdim edirik.

Yazıçı, tәnqidçi, pedaqoq Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda İçərişəhərdə dənizçi ailəsində doğulub.

Atası Mir Kazım ticarət gəmilərindən  birində kapitan işləyib. Seyid Hüseyn dörd yaşında ikən atasını itirir. Ailə ağır maddi ehtiyac içində qalır. Seyid Hüseyni babası  böyüdür.

1937-ci ildə Seyid Hüseyn repressiya edilmiş və güllələnib. Qəbri yoxdur.

 

Azərbaycanın görkəmli tragik aktyoru Hüseyn Ərəblinski 1881-ci ildə kasıb dənizçi ailəsində doğulub. Atası Məmməd kişi yelkənli gəmidə işləyib və Hüseyn (Hüseynbala) bacısı Dürsədəflə kiçik ikən ailənin başçısı dəniz fırtınasında həlak olub. 

Ərəblinski Azərbaycan professional teatr sənətinin banilərindəndir. Özünün gur səsi, böyük aktyorluq istedadı ilə bütün tamaşaçıların qəlbini ələ ala bilmişdi.

 

Tanınmış aktyor və rejissor İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub.

O, balaca olanda atası Hüseyn Hidayətzadə gəmi qəzasına düşür. Qəza nəticəsində səhhəti tamam korlanan Hüseyn sənətini atmağa məcbur olur və ömrünün sonuna qədər xarratlıq edir. Onun oğlu İsmayıl məhərrəmlik günlərini səbirsizliklə gözləyir, məhlə uşaqlarından ibarət tamaşaçıları qarşısında tez-tez səhnəciklər düzəldirmiş. Hüseyn hər vəchlə evin böyük oğlu İsmayılı təhsilli görmək istəyir. Beləcə, İsmayıl 1909-cu ildən etibarən "İttihad" məktəbində oxuyur. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirir. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadır. Uşaqlıqdan canında olan aktyorluq həvəsi gündən-günə qüvvətlənir. Gənc həvəskar aktyor az keçmir ki, "balaca Ərəblinski" adı ilə şöhrətlənir.

 

 

Nail Naiboğlu 1975-ci ildə Bakı şəhərində dənizçi ailəsində anadan olub.

Nail Naiboğlu Azərbaycan Dövlət Dillər İnstitutunun məzunudur. İxtisasca ingilis dili müəllimidir.

2005-ci ildən etibarən peşəkar klipmeyker kimi fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən artıq klipin müəllifidr.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır