Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

zərin qoynunda yerləşən Bakı dünyanın ən maraqlı paytaxt şəhərləri sırasınd

Litvanın www.15min.lt portalında dünyanın ən maraqlı paytaxt şəhərləri haqqında məlumat yerləşdirilib. Portalda paytaxt Bakı dünyanın dəniz səviyyəsindən aşağıda yerləşən tək və unikal şəhəri olaraq qeyd olunub. Məlumatda vurğulanır ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Xəzərin “dəniz səviyyəsindən aşağı dəniz” adlandırıldığı məqalədə onun əslində göl olması da diqqətə çatdırılır. Burada Azərbaycanın ən yüksək nöqtəsi – Bazardüzü zirvəsi barədə də qısa məlumat verilib. Məlumat üçün bildirək ki, dünyanın ən hündür paytaxtı Boliviyanın La-Paz şəhəridir. O, dəniz səviyyəsindən 3,64 km hündürlükdə yerləşir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır