Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

akoda Dünya okeanının qorunmasına həsr edilən qala-gecə keçirilə

Sentyabrın 26-da Monte-Karloda Monako Knyazı II Albertin rəhbərliyi ilə Dünya okeanının qorunmasına həsr edilən qala-gecə keçiriləcək. Qlobal yığım üzrə sədr, tanınmış xeyriyyəçi və tədbirin təşəbbüskarı Milutin Qetsbi də bu tədbirin təşkilatçısıdır. Madonna, Orlando Blum, Edrien Broudi, Pirs Brosnan, Endi Qarsia, Hyu Qrant, Qoldi Houn, Yeva Lonqoriya, Olqa Kurilenko, kiçik Robert Kennedi, Dayan Leyn, Robin Tik və Kris Taker qala-gecədə sədr qismində iştirak edəcəklər. “Planetimizin qayğısına qalmaq mənim üçün çox vacibdir, buna görə də mən Monako Knyazı Alberti və onun Fondunu sevinclə dəstəkləyirəm”, – deyə Madonna bildirib. Qala-gecə Dünya okeanının xilasına vəsait cəlb edilməsinə imkan yaradar. 2017-ci ildə keçirilmiş ilk qala-gecə Fonda dəniz zonalarının qorunmasına yönələn 37 yeni layihəni, habelə plastik tullantılarla çirklənməyə qarşı mübarizədə 2 proqramı reallaşdırmağa imkan yaradıb. Qeyd edək ki, Monako Knyazı II Albertin Fondu üç əsas problemlə – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin qorunub saxlanılması və su ehtiyatlarının ekologiyası ilə məşğuldur. O, elm və tədqiqat sahəsində, innovasiya texnologiyaları və sosial məsuliyyətin artırılması sferasında təşəbbüslərin reallaşdırılmasına kömək edir, üç əsas regionda – Aralıq dənizi hövzəsində, qütb zonalarında, habelə ən az inkişaf etmiş ölkələrdə təbiətin qorunmasına yönələn layihələri maliyyələşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır