Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

990 dollarlıq və 245 günlük kruiz səfəri başla

Səyahət siyahınızdakı bir çox yeri tək səfərlə görmək necə olardı? Əlbəttə, burada qısa deyil,  245 günlük bir səfərdən söhbət gedir. “Viking Cruises” 2019-cu ilin avqust ayında başlayacaq və təxminən 8 ay davam edəcək “Viking Sun” gəmisinin səyahət proqramını açıqlayıb. Proqrama əsasən, bu müddətdə gəmi 59 ölkədə 113 limanı ziyarət edəcək.  “Ultimate World Cruise” adını verdikləri bu röya kimi səfər dünyanın dörd bir yanındakı əfsanə şəhərlərə gedəcək, qonaqlarına quruda özəl turlar təşkil edəcək. İyirmi iki limanda gecələyəcək “Viking Sun” sərnişinlərinə getdiyi şəhərlərdə daha çox vaxt keçirmək və sahildən uzaqları kəşf etmək üçün şans verəcək.  Uzun səfərinə Londondan başlayacaq gəmi Britaniya adaları və Şimal qütb dairəsini dolaşdıqdan sonra Kanadaya gedəcək. Daha sonra Karib adaları, Argentina, Polineziya kimi məkanlara səfər edəcək. “Viking Sun” Avstriya, Yeni Zellandiyanın ardından  Asiya və Yaxın Şərqin önəmli şəhərlərinə baş çəkəcək. Kruiz səfərinin son dayanacağı isə Misir və Malta kimi ölkələr olacaq. Ümumilikdə 930 sərnişin tutumuna malik gəmidə  dəniz mənzərəli 465 otaq yer alır. Təbii ki, səfər uzun müddətli olduğuna görə gəmidə yataq və oturma otaqları ayrı olacaq. Beləliklə, özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Əlbəttə, “Viking Cruises” səfər vaxtı qonaqlarını əyləndirməyi də unutmayacaq. Gəminin göyərtəsindəki hovuz, içində qar mənzərəsinin belə olduğu məkan, spa mərkəzi kimi xidmətlər səfərə rahatlıq qatacaq. Hətta sərnişinlər təklif olunan təhsil proqramlarından da yararlana biləcəklər.  Səkkiz aylıq bu səfərin qarşılığı isə 92 min 990 dollardan başlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır