Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

oniyanın 44 ildir tərkedilmiş adası – Ha

Haşima adası nəhəng bir savaş gəmisinə bənzədiyindən onu “Battleship Island” olaraq da adlandırırlar. Ada Yaponiyanın cənubundakı Kyuşu adasının cənub-qərbində yerləşir. Sahildən isə 3 km uzaqlıqdadır. Ada əslində 480×160 metr böyüklüyü ilə kiçik bir şəhərcikdir. Ancaq 1887-ci ildə adada kömür mədəninin tapılması bura insan axınını çoxaldır. Ada sürətlə çoxalan əhalisi ilə bir müddətdən sonra dünyanın ən sıx şəhəri adını qazanır. 1800-cü ildə Yaponiyada sənayeləşmənin inkişaf etdiyi bir vaxtda Haşimadan çıxan keyfiyyətli kömür adanın qısa zamanda Mitsubişi tərəfindən satın alınmasına səbəb olur. 1890-cı ildən Mitsubişi tərəfindən işlədilən mədən ocaqları dənizin 1100 metrliyinə qədər enir. Bu məhsuldar kömür mədənlərində işləyən işçilər, ailələr bazar, xəstəxana, oyun parkları, kinoteatrlarla buradakı əhalinin sayını 5300-ə çatdırır. Bu da adaya dünyada əhalinin ən sıx yaşadığı ərazisi kimi rekord qazandırır. Ada tayfunlardan və sunamilərdən zərər görməsin deyə ətrafı yüksək beton divarlarla hasarlanıb. Hətta dünyanın ilk 9 mərtəbəli dəmir-beton binası bu adada inşa edilib. Neftin enerji bazarında hakimiyyəti adanın nüfuzunu aşağı salır və Mitsubişi 1974-cü ildə kömür mədənlərini bağlayır. Beləliklə, görəcək bir işləri olmayan sakinlər evlərini əşyaları ilə birlikdə qoyub adanı tərk edirlər. 1974-cü ildə nüfuzu sıfıra enən Haşıma adası o zamandan bəri qorxu şəhəri adlandırılıb. 38 il ərzində Mitsubişinin mülkiyyəti olan ada 2009-cu ildə Naqazaki şəhərinin idarəçiliyinə verilir. Adanın qapıları uzun müddət hər kəsə bağlı idi. 2005-ci ildə qəzet müxbirləri adaya daxil olduqdan sonra Haşimanın turistlərin ziyarəti üçün açılması planlaşdırıldı. Lakin adadakı binaların yaratdığı təhlükə bölgənin turistik məqsəd üçün istifadəsini əngəlləyir. Son zamanlar turistlərin üzünə açılan adanın sadəcə kiçik bir qismi ziyarət üçün ixtiyara verilib. Adaya Naqazakinin Ohato limanından hərəkət edən gəmilərə minərək gedə bilərsiniz. Qeyd edək ki, “Ceyms Bond” filmindəki “Sky Fall”ın bəzi səhnələri Haşıma adasında çəkilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır