Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ə-də köpəkbalığı ovu müvəqqəti qadağan ed

Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişiklikləri və Ətraf Mühit Nazirliyi köpəkbalıqlarının çoxalması dövrü ilə əlaqədar 2018-ci il fevralın 1-dən iyunun 30-dək onların ovlanmasını qadağan edib. BƏƏ nazirliyinin Balıq Təsərrüfatının Davamlı İnkişafı Departamentinin direktoru Salah Abdulla əl-Rəisi bildirib ki, qadağa riflərin “təmizlənməsi”, xəstə və zəif balıqların ovlanması hesabına sağlam yaşayış mühitinin yaradılmasında həlledici rol oynayan nadir köpəkbalığı növləri üçün risklərin azaldılmasına yönəldilib. Bu qadağa mərcan riflərinin və dəniz populyasiyalarının qorunub saxlanılmasına töhfə verir. Onun sözlərinə görə, BƏƏ sularında nəsli kəsilmək təhlükəsi qarşısında duran, yaxud nəsli kəsilmək üzrə olan köpəkbalıqları kimi təsnif edilən təqribən 30 növ yaşayır. S. əl-Rəisi deyib: “Qanunsuz balıqçılıq üsulları, qeyri-etik və nəzarət olunmayan balıqçılıq üsullarının qlobal miqyasda yayılması, habelə köpəkbalığı üzgəcləri alverinin artması nəticəsində bəzi köpəkbalığı növlərinin nəsli kəsilmək üzrədir. Bunun qarşısı ümumi səylərlə alınmalıdır”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır