Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

nizdə itən adam necə sağ qala bil

Xose Salvador Alvarenqo 2012-ci ilin sonlarında Meksika sahillərində balıq ovuna çıxmışdı. Qəfildən şiddətli fırtına onun qayığını sovurur. Marşal adası sakinləri təxminən 16 ay sonra qayığı bir qayaya sıxılmış halda tapırlar. Alvarenqo hələ də sağ idi. Yağış suyu içərək, balıq və tısbağa yeyərək sağ qalmışdı. “Dənizdə sağ qalma” kitabının müəllifləri Françies və Maykl da bunun prinsipcə mümkün olduğunu söyləyirlər. “Seanews.az” olaraq onların bu barədə məsləhətlərini diqqətinizə çatdırırıq.  Dənizdə itərsinizsə, heç bir geyiminizi atmayın. Paltarları üst-üstə geyinmək sizi soyuq gecələrdə isti saxlaya bilər. Hava istiykən isə onlardan kölgələnmək üçün istifadə edə bilərsiniz. Qətiyyən dəniz suyu içmək məsləhət görülmür. Bunun əvəzinə yağış suyundan yararlanın. Papağınızla suyu süzgəcdən keçirməyi unutmayın. Su toplamaq üçün qab əvəzinə adi sellofan torbalardan istifadə edə bilərsiniz. Dənizdə sağ qalmağın daha bir vacib şərti isə qidalanmadır. Balıqlar köməyinizə gələ bilər. Çünki, suyun ortasında ondan yaxşı qida tapa bilməyəcəksiniz.  Balıq tutmaq üçün ağıllı telefonlarınızın parçalarından, corab və ayaqqabılarınızın ipindən istifadə istifadə edə bilərsiniz.  Ən əsası, rahat olmağa çalışın. Təmkin vacib şərtdir. Sıxılmamaq üçün buludlara baxın. Göy üzündə özünüz üçün şəkillər çizin. Gözünüz təyyarələrdə və gəmilərdə olsun. Gəmi və təyyarə gördükdə telefonunuzun ekranı ilə günəş işığı salın. Unutmayın, açıq havada bu əks 20 kilometr məsafədən  rahatlıqla görülür.Onlar sizi görə  və xilas edə bilərlər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır