Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Dünyanın ilk yelkənli konteyner gəmisi üçün 1,4 milyon avro ianə toplanıb

"RMK Marine" tərəfindən Fransanın "Windcoop" şirkəti üçün inşa olunacaq və yaxın günlərdə polad kəsim mərasimi keçirilən “Miaraka” adlı dünyanın ilk yelkənli konteyner gəmisi üçün toplanan ianənin həcmi açıqlanıb.

"Seanews.az" xəbər verir ki, bu barədə kooperativ şəklində fəaliyyət göstərən "Windcoop"un baş icraçı direktoru Nils Joyeux bildirib.

O qeyd edib ki, təxminən 2 min 500 üzvün dəstəyi ilə 1,4 milyon avro məbləğində vəsait toplanıb:  “Bəziləri 100, bəziləri isə 100 min avro ianə edir. Onlar bu yelkənli konteyner gəmisinin ənənəvi yük gəmisi ilə müqayisədə karbon emissiyasında təxminən 60 faiz qənaət təmin edə biləcəyini nümayiş etdirmək istəyirlər. Eyni zamanda, gəmiyə pay alaraq kooperativin üzvü olmaqdan məmnundurlar. Digər bir motivasiya isə fərqli iqtisadiyyat növündə iştirak etməkdir.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır