Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-07,
Seanews
Heyder Eliyev

Dünyanın ilk bank gəmisi istismara verilib

İstanbul Böyükşəhər Bələdiyyəsinin iştirakı ilə "Türkiye İş Bankası" üçün inşa edilən “İş Vapur” layihəsi tamamlanıb. 

"Seanews.az" bank-gəmisi "Haliç" tərsanəsində tikilib və Qalataportda yerləşəcək.

Hibrid mühərrik sistemi ilə təchiz edilmiş gəmi 50 metr uzunluğa malikdir və 500 nəfər tuta bilir.

Gəmiyə həm bank əməliyyatlarını həyata keçirmək imkanı, həm də kafe və tədbir sahələri daxil edilib. Müştərilər həm bankçılıq xidmətlərindən yararlana, həm də sosial və mədəni tədbirlər üçün gəmini ziyarət edə biləcəklər. Bundan əlavə, gəmi fövqəladə hallar zamanı dəstək gəmisi kimi istifadə olunmaq üçün dizayn edilib və Türkiyənin istənilən bölgəsinə səfər edə biləcək.

Layihə bankçılıq, mədəniyyət-sənət və fövqəladə hallara dəstək funksiyalarını tək bir platformada birləşdirməsi ilə dünyada bir ilk hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır