Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ABŞ-də qadınlar üçün uyğunlaşdırılmış ilk nüvə sualtı qayığının sınaqlarına başlanılıb

ABŞ-də Hərbi Dəniz Qüvvələri üçün qadın heyət üzvünü nəzərə alaraq inşa edilmiş ilk nüvə enerjili “USS New Jersey” sualtı qayığın sınaqlarına başlanıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Huntington Ingalls Industries” şirkətinin mətbuat xidmətinə istinadən “Military Review” nəşri məlumat yayıb.

“USS New Jersey SSN-796” “Virciniya” sinifli 23-cü və qarışıq cinsli heyət üçün hazırlanmış ilk sualtı qayıqdır. Tikintisinə rəsmi olaraq 2019-cu ilin martında start verilib. Dəniz sınaqlarının birinci mərhələsinə daxil oan gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilmə vaxtı hələ açıqlanmayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri qadınların sualtı qayıqlarda xidmət etməsinə qoyduğu qadağanı 2010-cu ildə ləğv edib. Hazırda Amerika sualtı qayıqlarında yüzdən çox qadın zabit və dənizçi xidmət edir. Bununla belə, bütün müasir sualtı qayıqlar yalnız kişi heyətlər üçün nəzərdə tutulmuşdur.

Yeni “USS New Jersey SSN-796” sualtı qayığında ayrıca duşlar, tualetlər və yataq yerləri var. Bundan əlavə, qadınların onlara çata bilməsi üçün idarəetmə vasitələri aşağı salınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır