

















“V.Ships” nümayəndələri "Suraxanı" gəmi-muzeyində olublar
Dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Ships” nümayəndələri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində olublar.
Qonaqlara dünyanın ilk tanker-muzeyi haqqında ətraflı məlumat verilib. Onlar muzeyin zallarını gəzərək buradakı eksponatlarla yaxından tanış olublar.
Qonaqlar tanker muzeyi ziyarətdən razı qaldıqlarını bildirib və xatirə kitabında öz xoş təəssüratlarını qeyd ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır