

“MOL”-da qadın ilk dəfə gəminin kapitanı təyin edilib
“Mitsui O.S.K. Lines”-da (“MOL”) qadın ilk dəfə gəminin kapitanı təyin edilib.
“Seanews.az” xəbər verir ki, Naomi Matsusita “Beluga Ace” avtomobil daşıyıcısının sükanı etibar edilib.
“Bu qərar Yaponiya dəniz gəmiçiliyinin gender müxtəlifliyində irəliyə doğru atılmış mühüm addımdır, çünki “MOL”-un tarixində ilk dəfədir ki, qadın kapitan olur”, - deyə şirkətdən bildirilib. – Şirkətdə işlədiyi müddətdə Naomi Matsusita gəmidə, əsasən avtomobil daşıyıcılarında və konteyner gəmilərində zəruri təcrübə qazanmışdır. Bundan əlavə, o, sahil bölmələrində müxtəlif vəzifələrdə çalışıb.
“MOL” qeyd edir ki, bu təyinat "qadın dənizçilərin böyük potensialını və bacarığını vurğulayır və məqsədi bütün dünyada qadınları gəmiçilik sənayesində karyera qurmağa ruhlandırmaq və həvəsləndirməkdir".
Xatırladaq ki, “Beluga Ace” gəmisi “FLEXIE” seriyasının yeni nəslinin ilk avtomobil daşıyıcısıdır. Gəmi 2018-ci ildə Yaponiyanın “Minaminippon Shipbuilding” tərsanəsində inşa edilib. Uzunluğu 199,9 metr, eni 32,2 metr olan gəmi bir səfərdə 6800 standart avtomobil götürür.