Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

"Suraxanı" gəmi-muzeyində "Açıq qapı" günü təşkil edilib

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü təşkil olunub. Bu gün hər kəs ödənişsiz şəkildə muzeyə giriş imkanı əldə edib.

Ziyarətçilər "Açıq qapı" günü çərçivəsində muzeyin zallarını gəzərək eksponatlarla yaxından tanış olublar. Bundan başqa, qonaqlar burada Xəzər dənizinin ekeoloji mühitinin qorunmasına həsr edilmiş master-klassda da iştirak ediblər.  Master-klass hər kəsin, xüsusilə uşaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək üçün 1977-ci ildə təsis edilib. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “muzeylər dayanıqlılıq və rifah” mövzusuna həsr olunub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır