

Ərdoğan: “TCG Anadolu” gəmisi İzmirdə vətəndaşların ziyarəti üçün açıq olacaq
Dünyanın ilk PUA gəmisi “TCG Anadolu” İzmirdə vətəndaşların ziyarət etməsi üçün açıq olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, İstanbulda “TCG Anadolu” gəmisini təxminən 70 min vətəndaş ziyarət edib. Ərdoğan bu gəminin Türkiyənin Qara və Aralıq dənizlərində maraqlarını və təhlükəsizliyini qorumaqda mühüm rol oynayacağını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır