Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Zəfər Günü münasibətilə "Suraxanı" gəmi-muzeydə “Açıq qapı” günü keçirilib

Zəfər Günü münasibətilə "Suraxanı" gəmi-muzeydə “Açıq qapı” günü keçirilib. Bu gün hər kəs ödənişsiz şəkildə muzeyə giriş imkanı əldə edib.

Ziyarətçilər ekskursiya çərçivəsində 44 gün davam edən Vətən müharibəsinə aid döyüşlər, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlarla zənginləşdirilmiş 360 dərəcəlik ekranı yaxından izləyiblər.

Muzeydə təşkil olunan master-klass isə daha çox uşaqların ürəyincə olub. Burada balacalar üçün Vətən müharibəsinə həsr olunmuş xüsusi fiqurları rəngləmək imkanı yaradııb.

Həmçinin ekspozisiyaya Zəfər Günü ilə əlaqədar eksponatlar sırasına ASCO-nun Vətən müharibəsi iştirakçılarına aid geyimlər, medallar və müxtəlif əşyalar da daxil edilib.

Muzeydə ASCO-da çalışan həmkarlarımızın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan doğmalarından, həmçinin könüllü şəkildə ön cəbhəyə yollanan ASCO əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrindən, Zəfərdən sonra ASCO-ya işə qəbul edilən Vətən müharibəsi iştirakçılarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı da interaktiv formada təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır