Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaranmasının 9 illiyinə həsr olunmuş futbol turnirinə yekun vurulub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yaranmasının 9 illiyinə həsr olunmuş mini futbol turniri keçirilib.

Turnirdə ASCO-ya daxil olan strukturlarından ibarət 8 komanda təmsil olunub.

Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan yarışın finalında “Səbail” FK (Aparat) və Azərbaycan Dövlət Dəniz Akademiyasının futbolçuları qarşılaşıblar. Gərgin keçən mübarizədə “Səbail” FK (Aparat) komandası 4:1 hesabı ilə rəqibini üstələyib və qalib adını qazanıb.   

“Bibiheybət” Gəmi Təmiri Zavodunun idmançıları isə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna 2:1 hesabı ilə qalib gələrək üçüncülüyü əldə edib.

Finala vəsiqə qazanan bütün komandalar diplom və kubokla təltif olunub, həmçinin onlara qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki,ASCO-da belə yarışlar mütəmadi olaraq təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan  ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır