Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

“HMM” öz gəmilərində karbon qazı tutma sistemi quraşdıracaq

“HMM Co., Ltd.” (“Hyundai Merchant Marine”) şirkəti “Panasia” ilə gəmilərdə tətbiq etmək məqsədi ilə karbon dioksid tutma sisteminin inkişafı üzrə əməkdaşlıq etmək üçün müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə, gəminin istismarı zamanı yaranan CO2-ni tutmaq üçün texnologiyadan istifadə karbon qazı emissiyalarının azalmasına kömək edə bilər.

Tərəfdaşlar tədqiqatlar aparacaq və bortda CO2 tutma sisteminin texniki-iqtisadi əsaslandırmasını və risk qiymətləndirilməsini hazırlayacaqlar. Araşdırmaların nəticələrinə əsasən, “HMM” öz gəmilərində karbon qazı tutma sistemi quraşdıracaq və sınaq səfərləri keçirəcək.

Bu texnologiyanı inkişaf etdirməklə yanaşı, “HMM” 2050-ci ilə qədər gəmi emissiyasını sıfra endirmək məqsədinə çatmaq üçün bioyanacaq, LNG, hidrogen və yaşıl ammonyakdan istifadə etməyi planlaşdırır.

“HMM Co., Ltd.” inteqrasiya olunmuş nəqliyyat, logistika və gəmiçilik şirkətidir. 138 gəmidən ibarət donanmaya sahib olan şirkət 50-dən çox dəniz marşrutuna xidmət edir və dünyanın 100-dən çox limanına yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır