Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İsveç hökuməti iki yeni buzqıran gəminin tikintisinə 340 milyon dollar ayırır

İsveç hökuməti iki yeni buzqıran gəminin tikintisinə 340 milyon dollar ayırmaq qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, hazırda istismar edilən “Atle”, “Frej”, “Oden” və “Ymer” buzqıranlarının hamısı yaşlı gəmilərdir və onları qənaətbəxş texniki vəziyyətdə saxlamaq üçün xeyli vəsait tələb olunur.

İsveç Dəniz Administrasiyasının (SMA) hesabatında vurğulanır ki, İölkənin iqtisadiyyatı müasir buzqıran donanmadan kritik dərəcədə asılıdır, çünki ildə ən azı 130 gün ixtisaslaşmış gəmilərin xidmətlərinə yüksək tələbat var.

Yeni buzqıran gəmilərin layihəsi Finlandiyanın “Aker Arctic Technology” şirkətinin konstruktorları tərəfindən hazırlanıb və onların tikintisi də çox güman ki, Finlandiya gəmiqayırma zavodlarından birində aparılacaq.

Layihənin təfərrüatları hələ açıqlanmayıb, lakin məlumdur ki, yeni gəmilər buzda ən azı 32 metr enində kanal açmaqla hərəkət edə biləcək, halbuki istismarda olan dörd buzqıran gəmi üçün eyni göstərici 24 metrdən çox deyil.

Güc qurğularına gəlincə, ənənəvi yanacaqla yanaşı, o, geniş çeşiddə alternativ yanacaqlardan - LNG, mayeləşdirilmiş bioqaz və metanoldan istifadə etməyə hazır olmalıdır.

Yeni gəmilərin 50 il istismarı nəzərdə tutulur.. Zəruri hallarda bu müddət sonradan uzadıla bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır