Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Marsel limanında gəmiləri enerji ilə təmin etmək üçün günəş panelləri quraşdırılacaq

Fransanın "Provens-Alpı-Côte d'Azur" bölgəsinin səlahiyyətliləri bu günlərdə günəş panelləri ilə təchiz edilməsi proqramının həyata keçirilməsi üçün Marsel limanına 3 milyon avro məbləğində subvensiya ayrılmasını təsdiqləyiblər. Layihə regional deputatların 2021-ci ilin oktyabrında səs verdiyi "Sıfır Emissiya Parkı" ("Escales zéro fumée") proqramının bir hissəsidir.

“Seanews.az” xəbər verir ki, layihə limanın günəş panelləri ilə təchiz edilməsini nəzərdə tutur, hasil edilən elektrik enerjisi 9 MVt təşkil edəcək. Bu da limanda üç gəmini eyni vaxtda enerji ilə təmin etmək üçün kifayətdir. Beləliklə, körpüdə dayanma müddətində laynerlər mühərriklərini tamamilə söndürə və işlənmiş qazların sıfır emissiyası ilə gəmini elektrik enerjisi ilə təmin edə biləcəklər.

Bərələr üçün 3 MVt, kruiz superlaynerləri üçün isə dörd dəfə yüksək - 12 MVt tələb olunur.

Liman binalarının və anbarlarının damlarında günəş batareyaları yerləşdiriləcək. İstehsal olunan enerjinin dəyəri şəhər şəbəkəsindən elektrik enerjisi istehlakçılarına tətbiq edilən tariflərdən aşağı olacaq.

Limanın günəş panelləri ilə təchiz edilməsi layihəsinin ümumi dəyəri 15 milyon avro qiymətləndirilir, o, 2025-ci ilə qədər tam istifadəyə verilməlidir.

Marsel limanında dəniz nəqliyyatı ilə çirkləndirici emissiyalar 15-40% təşkil edir. “Sıfır Emissiya Parkı” regional proqramı 30 milyon avro dəyərində qiymətləndirilir. Günəş panellərinin tətbiqi ilə yanaşı, digər bərpa olunan enerji mənbələrinin inkişafı, LNG-də gəmilərin istifadəsini təşviqi, gəmi bacaları üçün filtrlərin hazırlanması üzrə tədbirlər nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır