Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yeni gəmilər “ABB” şirkətinin enerji, avtomatlaşdırma və rabitə sistemləri ilə təchiz ediləcək

“ABB” şirkəti iki yeni “Eneti Inc.” gəmisini təqribən 27 milyon dollar dəyərində enerji, avtomatlaşdırma və rabitə sistemləri ilə təchiz edəcək.

“Seanews.az” xəbər verir ki, batareyaları olan hibrid enerji sistemi əməliyyat təhlükəsizliyini və çevikliyi artıracaq, həmçinin ətraf mühitə tullantıları azaldacaq.

330 milyon dollarlıq iki külək turbini quraşdıran gəmi (WTIVs) dəniz külək enerjisi sahəsində fəaliyyət göstərən “Eneti Inc.” (qərargahı Monakoda yerləşir) tərəfindən sifariş edilib.

Cənubi Koreyanın “Daewoo Shipbuilding & Marine Engineering” tərsanəsində tikiləcək gəmilərin 2024-cü ilin üçüncü  və 2025-ci ilin ikinci rübündə təhvil verilməsi nəzərdə tutulur.

Yeni gəmilərlə dənizdə 65 metrədək dərinlikdə yeni nəsil turbinlər quraşdırmaq mümkün olacaq.  Karbonsuz yanacaqla işləmək üçün təkmilləşdiriləcək gəmilər daha dayanıqlı istismar üçün ABB batareyası ilə təchiz ediləcək.

Yeni gəmilərin imkanları ABB-nin inteqrasiya olunmuş avtomatika, enerji istehsalı və elektrik hərəkəti sistemləri, o cümlədən halqavari enerji paylama sistemi ilə gücləndiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır