Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yaponiyanın “TEPCO” şirkəti radiasiyadan təmizlənmiş suyu dənizə axıtmağa hazırlaşır

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusiama-1” atom elektrik stansiyasının (AES) operatoru “Tokyo Electric Power Co.” (“TEPCO”) şirkəti radiasiyadan təmizlənmiş suyu dənizə axıtmağa hazırlaşır.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda AES ərazisində ərimiş nüvə yanacağını soyutmaq üçün istifadə edilmiş külli miqdarda su toplanıb. Həmin suyun “ALPS” adlandırılan və radioaktiv maddələrdən filtirasiyanı həyata keçirən xüsusi sistem vasitəsilə təmizləndiyi qeyd edilir. AES ərazisində həmin suyun toplanması üçün nəzərdə tutulan çənlərin 2022-ci ilin payızında dolacağı gözlənilir.

Hökumətlə razılaşdırmaya əsasən, şirkət təmizlənmiş suyu 2023-cü ilin əvvəllərindən başlayaraq dənizə axıtmağı planlaşdırır. Suyun AES-dən bir neçə kilometr məsafədə dənizə buraxılması nəzərdə tutulur.

Operator şirkətin tərkibində hələ də tritium maddəsi olan təmizlənmiş suyu dənizə axıtmazdan əvvəl təmiz su ilə qarışdıracağı da bildirilir. Bunun suyun tərkibində olan tritiumun miqdarını milli normativlər həddinə salacağı qeyd edilir.

Bildirilir ki, “TEPCO” şirkəti dekabrın 20-də Fukuşima prefekturasının hökumətinə və yerli bələdiyyələrə müraciət edərək, həmin planın icrasına razılıq verilməsini xahiş edib.

Şirkət bu planı tənzimləyici orqanın və yerli hakimiyyət strukturlarının razılığını aldıqdan sonra həyata keçirmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır