Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“Stena Line” şirkəti batareya ilə çalışacaq iki bərə tikməyi planlaşdırır 

“Stena Line” şirkəti 2030-cu ilə qədər Danimarkanın Höteborq və Frederikshavn şəhərləri arasındakı marşrutda batareya ilə çalışacaq iki gəmini istismara verməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, yeni bərələrin inşası nəqliyyat sahəsindəki yeni yanacaqlara keçidi sürətləndirmək üçün “Stena Line” şirkətinin “Volvo Group”, “Scania” şirkətləri ilə başladığı “Tranzero Initiative” adlı layihənin bir hissəsidir. 

Bu layihənin əsas məqsədi Höteborq limanında tullantıları 2030-cu ilə qədər 70% azaltmaqdır.

Məlumata görə, ilk bərə “Stena Elektra” adlanacaq. Dünyanın ro-pax tipli ilk elektrik gəmisi olacaq bu gəminin uzunluğu 200 metr, tutumu isə 3000 ton olacaq. Gəmi elektrik vasitəsilə 50 dəniz mili məsafəsini qət edə biləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır