Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Düşmənin kiberhücumunun, saxta məlumatlarının qarşısını almaq üçün nə etməliyik?

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutduğu gündən düşmən hakerləri də hərəkətə keçiblər. Onlar Azərbaycan saytlarına kiberhücumlar təşkil etməklə yanaşı, müxtəlif paltformalarda dezinformasiyalar yaymaqla soydaşlarımızı təşvişə salmaq cəhdlərini bir an olsun dayandırmayıblar.

Son günlər aparılan monitorinqlərə əsasən, ermənilər bir sıra istiqamətlərdə “kiberbatalyon” adlandırdıqları kiberqruplar formalaşdırıblar. Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı “Telegram” kanallarından koordinasiya olunur. Müşahidələr kiberhücumlar həyata keçirən bu qrupların  qabaqcadan formalaşdırıldığını deməyə əsas verir.  

Düşmənin kiberhücumunun, saxta məlumatlarının qarşısını almaq üçün nə etməliyik?

Erməni xakerlər əsasən dövlət qurumlarına, maliyyə-bank sektorlarına zərər vurmağa çalışırlar. Bununla belə, onlar Azərbaycanlılar arasında müəyyən çaşqınlıq, ruh düşkünlüyü yaratmaq üçün vətəndaşların sosial şəbəkə hesablarına, elektron poçt ünvanlarına kiber hücumlar təşkil edirlər.  Ona görə də həm dövlət qurumları, həm də vətəndaşlar əvvəlkinə nisbətən daha məsuliyyətli, daha ayıq-sayıq olmalıdırlar, informasiya ilə işləyəndə ehtiyyatlı davanmalıdırlar.

Bunlara diqqət etmək lazımdır!!!

Siz mail ala bilərsiniz, ad sizi çaşdıra bilər. Ona görə də gələn mailin domen adına, kimdən gəldiyinə, məzmununa diqqətlə baxmağınız tövsiyə olunur. Daxil olan məktubları diqqətlə araşdırmadan onu açmaq olduqca təhlükəlidir.

Elementar informasiya təhlükəsizlik qaydalarına son dövrlərdə daha ciddi əməl etməliyik. Yəni, kompüterini, sosial media və internet hesablarını qorumaq, daxil olan məktublar, mesajlara diqqətlə yanaşmaq və s. lazımdır. Başqa yerlərdə kompüteri açıb, kiminsə internetinə daxil olub istifadə edəndə diqqətli olmaq, proqramlardan tam çıxmaq vacibdir.

Sizi kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırırıq.

ASCO-nun İnformasiya texnologiyaları departamenti


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır