Dünyanın ilk avtonom rejimdə çalışan elektrik konteyner gəmisinin tamamlanma işləri dayandırılıb
Koronavirus pandemiyası və qlobal iqtisadiyyatdakı dəyişikliklər səbəbindən dünyanın ilk avtonom rejimdə çalışan “Yara Birkeland” elektrik konteyner gəmisinin tamamlanma işləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
"Seanews.az" xəbər verir ki, gəmi cari ilin fevralında Rumıniyanın “Vard Braila” gəmiqayırma zavodunda suya salınıb. Mayda idarəetmə və naviqasiya sistemləri ilə təchiz edilmək üçün konteyner gəmisinin Norveçin “Vard Brevik” gəmiqayırma zavoduna üzməsi planlaşdırılır.
Uzunluğu 80, eni isə 15 metr olan bu gəminin istismara verilməsi bu ilin birinci rübünə, özünüidarəetmə və tam avtonom rejimə keçidi 2022-ci ilə planlaşdırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır