Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Gəmilərin sualtı hissəsini təmizləyən robot icad edilib

“Hyundai Merchant Marine” şirkəti (HMM)  gəmilərin sualtı hissəsinin bioloji çirklənmədən təmizlənməsi işində insanları robotlarla əvəz edəcək.

“Seanews.az” xəbər verir ki, HMM bu məqsədlə sualtı robotların istehsalında ixtisaslaşmış Koreyanın “Tas Global” şirkəti ilə müqavilə imzalayıb.

Yeni texnologiya bioloji tullantıları gəminin sualtı hissəsindən çıxaracaq. Daha sonra gəminin gövdəsinə qoşulmuş xüsusi sistemlə bu tullantılar sahilə təmizləyici qurğularla çatdırılacaq.

Şirkətdən bildirilib ki, robotlar gəmilərin təmizlənməsi üçün tələb olunan vaxtı 40%-ə qədər azaldacaq. Bununla da, işlərin ümumi səmərəliliyi xeyli artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır