• Bakı, 2020-08-04,
Seanews
Heyder Eliyev

Dünyanın ilk hibrid mühərrikli tədqiqat gəmisi - VİDEO

2019-cu ildə “Hurtigruten” kruiz şirkətinin donanmasına yeni və ilk hibrid tədqiqat gəmisi "Roald Amundsen" daxil edilib.

Qütb sularında üzmək üçün nəzərdə tutulmuş gəmidə hər şərait yaradılıb.  Burada üzgüçülük hovuzları, restoranlar, gəzinti göyərtələri, elmi və əyləncə mərkəzləri mövcuddur. Gəmidə dəniz faunasını da müşahidə etmək mümkündür.

Gəmi Şpitsberqen, Qrenlandiya, Şimal-Qərb keçidi, Alyaska və Antarktida kimi planetin unikal bölgələrində tədqiqat işləri yerinə yetirəcək.

Gəmi təkcə ənənəvi dizel yanacağı ilə deyil, həm də elektrik batareyaları ilə hərəkət edə bilir. Bu, gəmiyə karbon qazı tullantılarını 20% azaltmağa imkan verir.

2019-cu ildə inşa edilmiş gəminin uzunluğu 140, eni 23.6 metrdir. 15 uzellə hərəkət edən bu gəmiyə 500-dən çox sərnişin yerləşir.

Gəminin adı  Cənub Qütbünə ayaq basan ilk norveçli dənizçi Roald Amundsenin adı ilə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır