Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-da Elektron Akademiya tətbiq olunacaq

Azərbaycan Dövlət Dəniz Akademiyasında rektor Heydər Əsədovun sədrliyi ilə Elektron Akademiyanın tətbiqi mövzusunda iclas keçirilib. 

Prorektorların, fakültə dekanlarının, kafedra müdirləri və struktur rəhbərlərinin iştirakı  etdiyi iclasda  rektor Heydər Əsədov bildirib ki, Akademiyanın prioritet məqsədlərindən biri də təlim-tədris prosesində innovativ texnologiyaları tətbiq etməklə idarəetmənin və tədris mühitinin elektronlaşdırılmasıdır. Elektron Akademiya müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının artırılması, tədris üzrə təşkilati strukturun idarə edilməsi və s. kimi proseslərə geniş imkanlar yaradır. 

Layihənin həyata keçirilməsi üçün qarşıda duran işlərdən danışan rektor Akademiyanın tədris-təlim və texniki bazası ilə bağlı fakültə dekanları, kafedrda müdirləri, İnformasiya Resurs Mərkəzi əməkdaşlarının və struktur bölmə rəhbərlərinin fikirlərini dinləyərək Elektron Akademiyaya keçidlə bağlı tapşırıqlarını verib, iclas iştirakçıları arasında müvafiq vəzifə bölgüsü aparıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır