• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

class="content-title">Yaponiya Şərqi Çin dənizində patrul xidməti üçün pilotsuz helikopterlər alacaq

Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin keşikçi gəmilərində istifadə üçün pilotsuz helikopterlər almağı planlaşdırır.

Bu helikopterlərin 2023-cü ildə alınması nəzərdə tutulur.

Nazirlik helikopterlərin hansı modelinin alınması barədə qərarı 2022-ci ildə qəbul edəcək. Prioritet variant kimi ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsalı olan “MQ-8С Fire Scout” uçan aparatı nəzərdən keçirilir. Uzunluğu 12,6 metr olan bu aparat 5 kilometr hündürlüyə qalxa və 15 saat havada qala bilir.

İlkin olaraq 3 aparatın alınması, sonrakı 10 ildə isə onların sayının 20-yə çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır