Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

konyerlərlə mübarizədə dronlardan istifadə edilə

İsveç hökuməti brakonyerlərlə mübarizədə dronlardan istifadə etmək niyyətindədir. Nəsli tükənmək təhlükəsi ilə üz-üzə qalmış Avropa angvilinin qanunsuz ovlanmasının qarşısını almaq üçün krallığın Sahil Mühafizə Xidməti Dəniz və Su Təsərrüfatı Agentliyi ilə birlikdə pilotsuz uçuş aparatlarından istifadə edəcək. Layihə Skone cənub dairəsində həyata keçiriləcək. Dronlar balıqçıların dənizin altında bir-birindən yarımmetr aralı yerləşdirdikləri torları aşkar etmək üçün sahil xəttinin və onun səthinin skan edilməsində istifadə olunacaq. Yerli hakimiyyət orqanları qeyd edirlər ki, təkcə 2016-cı ildə bütün ölkə üzrə 200 ədəd qeydiyyatdan keçməmiş qanunsuz tor müsadirə edilib. Hökumətin gördüyü tədbirlərə baxmayaraq, 2017-ci ildə bu rəqəm ikiqat artıb. İsveçdə 2007-ci ildən Avropa angvilinin ovlanması qadağan edilib. 2010-cu ildə angvilin bu növü ifrat ovlanma səbəbindən yox olmaq təhlükəsi ilə üzləşmiş balıqların siyahısının olduğu “Greenpeace”in hazırladığı “Qırmızı kitab”a daxil edilib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır