i və smartfonlar gəmiləri idarə edə
Müasir texnologiya mülki və hərbi dənizçiliyə bütünlüklə tətbiq olunur. “seanews.az” xəbər verir ki, Siri və smartfonlar tezliklə Böyük Britaniyanın hərbi-dəniz donanmasını idarə edə biləcək. Ən son texnoloji yeniliklərin tətbiqi ilə bağlı xəbər bu yaxınlarda keçirilən Müdafiə və Təhlükəsizlik Tədbirləri üzrə Beynəlxalq Sərgidə Lord-admiral Filip Cons tərəfindən təsdiqlənib. Dənizçilərin sözlərinə görə, bu, müasir dənizçilərin aldıqları məlumatların idarə olunması üçün vacib yenilikdir. İlk texnoloji yeniliklərin tam tətbiqi 2023-cü ildə başlanacaq. Sistemlər, Apple şirkətinin tətbiq etdiyi Siri proqramına bənzər səs tanıma sistemi vasitəsilə işləyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır