Dənizçilik üçün yeni İT idarəetmə platforması
“Satcom Global” gəmilərdə istifadə üçün nəzərdə tutulmuş yeni İT idarəetməsi və kibertəhlükəsizlik platforması olan“Aura Citadel”i istifadəyə verib.
“Seanews.az“ xəbər verir ki, sistem “Aura Citadel” gəmidaxili biznes şəbəkələrinin mərkəzləşdirilmiş idarə olunmasını təmin edir və şəbəkənin sadələşdirilməsi, kibertəhlükəsizlik qorunması, eləcə də fəlakət sonrası bərpa imkanlarını bir platformada birləşdirir.
Sistem mövcud gəmidaxili infrastrukturla inteqrasiya olunmaq üçün dizayn edilib və gəmilərə tam şəbəkə yenidənqurulmasına ehtiyac olmadan İT mühitlərini təkmilləşdirməyə imkan verir.
Platformaya qoşulmuş biznes və əməliyyat aktivlərini, o cümlədən ECDIS (Elektron Naviqasiya Xəritə və Məlumat Sistemi) yanacaq monitorinqi sistemləri kimi avadanlıqları izləyən müdaxilə aşkarlama sistemi daxildir. “Satcom Global” bildirir ki, sistem eyni zamanda IACS E26 və E27 (gəmilərdə kibertəhlükəsizlik tələblərini müəyyən edən beynəlxalq texniki standartlar) daxil olmaqla kibertəhlükəsizlik standartlarına uyğunluğu dəstəkləyir.
Bundan əlavə, platformaya fəlakət sonrası bərpa və biznesin fasiləsizliyini təmin edən funksiyalar da inteqrasiya olunub.

